Baydenin Şimali İrlandiyaya səfərindən əvvəl terror xəbərdarlığı! – Qəbiristanlıqda bombalar tapıldı

image-baydenbackend

ABŞ prezidenti Co Baydenin Şimali İrlandiyaya səfərindən əvvəl təhlükəsizlik qüvvələri Londonderri şəhərindəki qəbiristanlıqda 4 əl istehsalı bomba aşkar etdiklərini açıqlayıb.

Busaat.az xəbər verir ki, İngiltərə mətbuatında yer alan xəbərə görə, qəbiristanlıqda aparılan axtarışda əvvəlcə 1 ədəd, daha sonra 3 ədəd əl istehsalı bomba tapılıb.

Şimali İrlandiya Polis Xidməti (PSNI) açıqlamasında bombaların zərərsizləşdirildiyini bildirib.

Əl istehsalı olan dörd bomba ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın baş naziri Rişi Sunakın Şimali İrlandiyaya səfərinin başlamasına saatlar qalmış tapılıb.

Şimali İrlandiyada 1960-cı illərdən bəri başlayan separatçı terror hadisələri və məzhəblərarası qarşıdurmalara son qoyan Xoş Cümə Sazişinin 25-ci ildönümündə bölgəyə səfər edən Bayden və Sunak bu gün Belfasta görüşəcək.

Sunak və Bayden Şimali İrlandiyanın paytaxtı Belfastda görüşəcək və razılaşmanın ildönümü çərçivəsində təşkil edilən müxtəlif anım mərasimlərinə qatılacaqlar.

Baydenin səfərindən iki həftə əvvəl Böyük Britaniyanın daxili kəşfiyyat orqanı olan Mİ5 Şimali İrlandiyada terror təhlükəsini “ciddi” səviyyəyə qaldırmışdı.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90