Kinorejissor və ssenarist Natiq Axundun yeni işi böyük marağa səbəb olub.
Busaat.az xəbər verir ki, rejissor fransız ifaçı İndilanın sevilən “Tourner dans le vide” mahnısına qısa film formatında klip çəkib.
15 dəqiqəlik bu ekran işi yüksək texniki keyfiyyəti, Hollivud estetikası ilə diqqət çəkir. Kadrların ardıcıllığı, hadisələrin musiqi ilə həmahəngliyi, incə sintez və rejissor yanaşması izləyicini filmin sonuna qədər maraqda saxlayır.