Məzmuna keç
  • Brent neft98.16 $▼1.51%
  • WTI neft90.63 $▼0.90%
  • Avropa qazı (TTF)88.63 €▼1.13%
  • Təbii qaz (ABŞ)3.005 $▲1.66%
  • Qızıl4 075 $▲0.53%
  • Gümüş52.04 $▲0.95%
  • Pambıq78.70 ¢▲0.45%
  • Buğda590.25 ¢▼0.84%
  • Bitcoin76 108 $▲0.19%
  • Ethereum2 241 $▲0.26%
  • S&P 5007 354▼4.36%
13°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Dünya

Baydenlə Putin bu gün görüşəcək

image-bayden-2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bu gün Rusiya Prezidenti Vladimir Putin Cenevrədə amerikalı həmkarı Co Bayden ilə danışıqlar aparacaq.

Busaat.az  xəbər verir ki, Ağ evin açıqladığı detallara görə, görüşdən öncə saat 14:25-də hər iki ölkənin dövlət başçıları İsveçrə Prezidenti ilə fotosessiya edəcək. Görüş Villa La Qranjda baş tutacaq.

Sammit 4-5 saat davam edəcək və ilk öncə qısa bir hissədən daha sonra çay-qəhvə fasiləsi ilə iki geniş hissədən ibarət olacaq.

Saat 14:35-də Prezidentlər arasında ikitərəfli görüşün, 15:55-də heyətlərin iştirakı ilə genişləndirilmiş iclasın 1-ci turu, 17:40-da isə 2-ci tur genişləndirilmiş görüşün olacağı planlaşdırılır.

Rusiya nümayəndə heyətinə Sergey Lavrovdan əlavə xarici işlər nazirinin müavini Sergey Ryabkov, Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov, Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Yuriy Uşakov, Baş qərargah rəisi Valeri Gerasimov və mətbuat katibi Dmitri Peskov da daxildir.

Danışıqların sonunda Prezidentlərin ortaq mətbuat konfransının keçirilməsi planlaşdırılmır.

Sammitin gündəliyində strateji sabitlik, pandemiya, kiber cinayətlərlə mübarizə, iqtisadi əməkdaşlıq, iqlim dəyişikliyi, Arktika və regional münaqişələr – Ukrayna, Suriya, Liviya, Əfqanıstan və Qarabağ məsələləri yer alır.

Bunlarla yanaşı ikitərəfli münasibətlərin həll edilməmiş problemləri, üçüncü ölkələrdə rus vətəndaşlarının saxlanılması, səfirliklərin fəaliyyəti də müzakirə ediləcək.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=49856