Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin66 990 $▼1.81%
  • Ethereum1 893 $▼1.78%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Bayram günlərində qatarların hərəkət cədvəlinə dəyişikliklər olacaq

image-9ee2b838-82b2-3d1c-ba24-440a798fe850_850-2-jpg-1733746159
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bayram günləri ilə əlaqədar iş və istirahət günlərinin yerdəyişməsini nəzərə alaraq qatarların hərəkət cədvəlinə dəyişikliklər edir.

Busaat.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, 28 və 29 dekabrda Abşeron dairəvi dəmir yolu xətti üzrə sürət elektrik və ekspres qatarları iş günlərinin qrafikinə uyğun hərəkətdə olacaq.

Məlumata görə, 30 və 31 dekabr, həmçinin 1, 2, 3, 4 və 5 yanvar tarixlərində isə bu marşrut üzrə sürət elektrik qatarlarının hərəkəti qeyri-iş günlərinin cədvəlinə əsasən təşkil ediləcək. Bu tarixlərdə ekspres qatar hərəkətdə olmayacaq.

Bildirilir ki, eyni zamanda, 28 və 29 dekabr tarixlərindəki Bakı–Qəbələ və Qəbələ-Bakı reysləri hər iki istiqamət üzrə olmaqla 30 dekabra təyin edilir: “Bundan başqa, 31 dekabrda Bakıdan Qəbələyə, 2 yanvarda isə əks istiqamətdə əlavə qatar hərəkətdə olacaq.Bayram günlərində tələbata uyğun olaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə də əlavə qatarların təyini planlaşdırılır”.

Həmçinin məlumatda deyilir ki, sərnişinlər qatarların hərəkət cədvəli və biletlər haqqında əlavə məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az), “ADY Mobile” mobil tətbiqindən, eləcə də 24/7 xidmət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərlər.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=155277