Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft91.82 $▼6.63%
  • WTI neft85.98 $▼5.84%
  • Avropa qazı (TTF)82.33 €▼3.81%
  • Təbii qaz (ABŞ)3.212 $▲6.25%
  • Qızıl4 120 $▼0.32%
  • Gümüş53.01 $▼0.20%
  • Pambıq78.65 ¢▲0.38%
  • Buğda588.75 ¢▼0.46%
  • Bitcoin74 606 $▼0.87%
  • Ethereum2 118 $▼0.67%
  • S&P 5007 550▲2.37%
7°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

Baza-nın redaktorunun SAXLANILMASININ ŞOK SƏBƏBİ - AZAL təyyarəsinin VURULMASI...

image-img_2291
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiyanın populyar Telegram kanallarının yazdığına görə, Baza kanalının baş redaktoru Qleb Trifonov 2024-cü ilin dekabrında Çeçenistan səmasında vurulan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarə ilə bağlı pilot danışıqlarının deşifrovkasını yayımladığı üçün saxlanıla bilər.

KONKRET.az xəbər verir ki, hazırda Trifonov Moskvanın Mərkəzi Administrativ Dairəsinin İstintaq İdarəsində saxlanılır. Onun vəkili Aleksey Mixalçik redaktorla görüşə buraxılmayıb.

İyulun 22-si səhər saatlarında polis əməkdaşları Baza kanalının ofisində axtarış aparıblar. Trifonov Rusiya Cinayət Məcəlləsinin 286-cı maddəsi – vəzifə səlahiyyətlərini aşma ittihamı ilə dindirməyə aparılıb. İstintaqın versiyasına görə, naməlum polis əməkdaşları ona məxfi informasiyalar ötürüblər. Ehtimallara əsasən, söhbət məhz AZAL qəzasi ilə bağlı məhdud girişli materiallardan gedir.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə gün əvvəl bəyan etmişdi ki, rəsmi Bakı beynəlxalq məhkəmələrə iddia qaldırmağa hazırlaşır. Məqsəd – Rusiya Federasiyasının təqsirinin tanınması, həlak olanların ailələrinə kompensasiya verilməsi və AZAL-ın təyyarə itkisinə görə dəyən zərərin ödənilməsidir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=169700