Belarus öz vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib

image-img_6869backend

İyunun 16-da 23 Belarus vətəndaşı İrandan təxliyə edilib.

Busaat.az Interfax.ru-ya istinadən xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat verib.

“İyunun 16-da Belarus vətəndaşlarından ibarət iki qrup (cəmi 23 nəfər) sağ-salamat İranı tərk edib. Belarus vətəndaşları ilə birlikdə İranı üç Rusiya vətəndaşı da tərk edib”, – məlumatda bildirilir.

Belarus XİN Azərbaycan və İran tərəfdaşlarına Belarus vətəndaşlarının ölkəni tərk etməsinə şərait yaratdığına görə minnətdarlığını bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki