Belarusiya NATO-dan şikayətləndi: “Hər həftə 30-35 dəfə…”

image-aleksandrbackend

NATO təyyarələri hər həftə Belarus sərhədi boyunca 35-ə qədər kəşfiyyat uçuşu həyata keçirir.

Busaat.az xəbər verir ki, bu barədə Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç məlumat yayıb.

Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç NATO-nun Avropada hərbi təlimlərinin sayının artmasına da diqqət çəkib.

“NATO təyyarələri Belarus sərhədi boyunca hər həftə 30-35 kəşfiyyat uçuşu həyata keçirir. Bu gün Şərqi Avropaya yerləşdirilən qüvvələr təxminən 35 000 nəfərdir. Şərqi Avropada 2 000-dən çox təyyarə yerləşdirilib. Hazırda Aralıq dənizi və Baltik dənizlərində 15 döyüş gəmisi, o cümlədən bir təyyarədaşıyan gəmi var”- deyə, Volfoviç bildirib.

Volfoviç onu da vurğulayıb ki, bütün bunların guya şərqdən, yəni Belarusdan gələn təhlükəyə qarşı yönəlib, amma bu, absurddur.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki