NATO-nun baş katibi Almaniyanı müdafiə xərclərini artırmağa çağırıb

image-yens-stoltenberqbackend

Almaniya müdafiə xərclərini artırmağa və onu Soyuq müharibə səviyyəsinə qaytarmağa davam etməlidir.

Busaat.az xəbər verir ki, bunu “Funke” redaksiya qrupunun qəzetlərində dərc olunan müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq deyib.

“Gərginlik artdıqca müdafiə xərcləri artırılmalıdır. Soyuq müharibə dövründə Konrad Adenauer (Almaniya kansleri 1949-1963 – Qeyd) və ya Villi Brandt (kansler 1969-1974 – Qeyd) dövründə müdafiə xərcləri iqtisadi məhsuldarlığın 3%-4%-i arasında idi. Biz bunu o zaman etmişdik və indi də təkrar etməliyik”,-deyə, o bildirib.

Qeyd edək ki, Almaniya gələn ildən başlayaraq ÜDM-in 2%-ni müdafiəyə xərcləyəcəyini gözləyir. Bu, 2022-ci ilin fevralında formalaşan 100 milyard avroluq xüsusi fondun vəsaitləri sayəsində mümkün olacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki