
Belqradda etirazçılara polislərdən müdaxilə
Belqrad polisi şəhər administrasiyası binası qarşısında etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.
Busaat.az xəbər verir ki, etirazçılar binaya daxil olmaq üçün yeni cəhd etdilər. Hadisə yerindən TASS və Blic-ə məlumat verilib ki, yerli seçkilərin nəticələrindən narazı qalan etirazçılar qapı-pəncərələri sındıraraq polisə əşyalar atıblar.
Dekabrın 18-də başlayan mitinqləri Belqrad seçkilərinin nəticələrinə etiraz edən “Serbiya Zorakılığa Qarşı” təşkilatı təşkil edib. Dekabrın 24-də etirazçılar şəhər administrasiyasının binasına girməyə cəhd ediblər. Polis əməkdaşları binanı qorumaq üçün sərt müdaxilə etməli olub.
Prezident hesab edir ki, şəhər administrasiyasının binasını ələ keçirmək cəhdi inqilab deyil.






















