Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft91.46 $▲0.03%
  • WTI neft85.74 $▲0.08%
  • Avropa qazı (TTF)82.33 €▼3.81%
  • Təbii qaz (ABŞ)3.231 $▲0.56%
  • Qızıl4 134 $▲0.21%
  • Gümüş53.32 $▲0.14%
  • Pambıq78.65 ¢▲0.38%
  • Buğda590.75 ¢▲0.34%
  • Bitcoin74 523 $▼0.98%
  • Ethereum2 115 $▼0.81%
  • S&P 5007 550▲2.37%
9°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
İdman

"Beşiktaş" Azərbaycan millisinin üzvünü transfer edir

image-5c79b3a7c278c88c50ce4d8441d52dc8_3
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Beşiktaş” klubu Azərbaycan millisinin üzvü Ozan Can Kökçünü transfer etməyə çalışır.

Qaynarinfo xəbər verir ki, İstanbul təmsilçisi Niderlandın “Volendam” klubunda çıxış edən futbolçu üçün transfer çalışmalarına start verib.

Bir zamanlar “Bursaspor”da oynayan Ozan Can Kökçü yenidən Türkiyəyə qayıtmağa hazırlaşır. “Beşiktaş”ın 27 yaşlı sol qanad oyunçusunu yaxından izlədiyi və skaut komandası tərəfindən onun transferi üçün müsbət rəy alındığı öyrənilib. Kiçik qardaşı Orkun Kökçünün də “Beşiktaş”da çıxış etdiyinə görə Ozan Can bu transferə razıdır.

Qeyd edək ki, bu mövsüm “Volendam”da 17 rəsmi oyunda 1 qol, 2 məhsuldar ötürmə edən Ozan Can 20 yaşından etibarən Azərbaycanın U20, U21 və əsas komandasında forma geyinib. O, milli komandamızın heyətində 14 oyuna çıxıb. Türkiyədə əvvəllər “Bursaspor” və “Giresunspor”da oynayan futbolçunun hazırkı bazar dəyəri 350 min avrodur.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=178570