Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft94.80 $▼3.60%
  • WTI neft88.16 $▼3.45%
  • Avropa qazı (TTF)82.31 €▼3.83%
  • Təbii qaz (ABŞ)3.139 $▲3.84%
  • Qızıl4 129 $▼0.10%
  • Gümüş52.78 $▼0.63%
  • Pambıq79.18 ¢▲1.06%
  • Buğda592.50 ¢▲0.17%
  • Bitcoin75 355 $▲0.84%
  • Ethereum2 144 $▲0.91%
  • S&P 5007 535▲2.17%
7°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Cəmiyyət

Bəxtiyar Hacıyev Əbülfət Rzayevlə görüşdü - Şikayəti üzrə cinayət işi açıldı

image-fotojet__2_
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, general-mayor Əbülfət Rzayev ictimai fəal Bəxtiyar Hacıyevi qəbul edib.

Busaat.az  xəbər verir ki, bu barədə Bəxtiyar Hacıyev sosial şəbəkə hesabında yazıb.

“Mənə qarşı törədilmiş cinayətdən dörd gün keçib, məsələ nazirin nəzarətindədir, bu gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi qəbul edib, CM-nin 221.2.1 (xuliqanlıq) maddəsilə cinayət işi açılıb.

Sabah 5 gün keçəcək, hələ istintaqda kamera görüntüləri olmayacaq. DİN daxilində bir qurum digərinə sorğu göndərib, cavab gözləyəcək. 5 saat istintaqa kömək üçün vaxt sərf etmişəm, hələ ki, əldə bu gün çəkilən 5-6 fotodur. Əsas odur ki, “ərizə-izahat” sənədləşməsi yerində olsun”, – o qeyd edib.

Qeyd edək ki, ictimai fəal Bəxtiyar Hacıyev sosial şəbəkə hesabında aprelin 21-də naməlum şəxslər tərəfindən qaçırıldığını yazmış, eyni gündə də məsələ ilə bağlı daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən qəbul edilmişdi.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=75953