Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 149 $▼1.57%
  • Ethereum1 905 $▼1.15%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Beyləqanda 16 yaşlı qız 42 yaşlı şəxsə ərə verilir? - AÇIQLAMA

image-170860224776932668965d73387d0af8
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Beyləqanda 16 yaşlı qızın 42 yaşlı şəxsə zorla ərə verildiyinə dair məlumatlar paylaşılıb.

Busaat.az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan iddialar televiziya verilişlərindən birində müzakirəyə çıxarılıb. Hətta qızın anası televiziya ilə əlaqə saxlayaraq vəziyyəti izah edib, toyun olmadığını və qızını elçi gələn ailənin 42 yox, 27 yaşlı oğluna verdiyini deyib.

Sosial şəbəkələrdə yayılan fotolarda isə həmin şəxsin 27 yaşlı birinə bənzəmədiyi iddia edilir.

Mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı Oxu.Az-a açıqlamasında bildirib ki, Beyləqan rayonu Qarallar kəndində 17 yaşlı qızın nişan mərasiminin keçirilməsi ilə bağlı rayon polis şöbəsinə daxil olmuş müraciət araşdırılıb.

Onun sözlərinə görə, gənc qız valideynləri ilə birgə polis orqanına dəvət olunub:

“Onlar izahatlarında qızlarına heç bir nişan və toy məclisi etmədiklərini, fevralın 17-də evlərində övladları üçün elçilik məclisinin olduğunu bildiriblər.

Valideynlərlə profilaktiki və izahedici söhbətlər aparılıb, qızlarının 18 yaşı tamam olmayanadək nişan və toy məclisi etməyəcəkləri barədə iltizamları alınıb”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=135687