Bilet üçün 1 gündə 1 milyondan çox müraciət – DÇ-2022

image-158581_1jxaanktkzbackend

Bu il Qətərdə keçiriləcək dünya çempionatına bilet satışının başlaması böyük marağa səbəb olub.

Busaat.az xəbər verir ki, ilk 24 saat ərzində dünya üzrə azarkeşlər tərəfindən 1,2 milyon bilet üçün müraciət gəlib.

Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb. Ən çox tələb yerli fanatlardan olub. Daha sonra Argentina, Meksika, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə, Hindistan, Səudiyyə Ərəbistanı, Braziliya və Fransadan olan tərəfdarlar bilet almaq istəyib.

Artıq final qarşılaşması üçün 140 mindən çox, açılış görüşü üçün isə 80 mindən çox bilet sifariş olunub.

Əlavə edək ki, bilet satışının ilkin mərhələsi fevralın 8-dək davam edəcək.

Qeyd edək ki, Qətərdəki dünya çempionatı 21 noyabr – 18 dekabrda keçiriləcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90