Bir ailənin 4 üzvü qətlə yetirildi – Beyləqanda DƏHŞƏT

image-hebsbackend

Dekabrın 2-də saat 22 radələrində Beyləqan rayonu Tatarlar kəndində bir ailənin üzvləri – ata, ana və 2 oğlu ov tüfəngi ilə öldürülüb.

“Qafqazinfo”nun məlumatına görə hadisəni törətməkdə şübhəli bilinən ailənin qonşusu 27 yaşlı Fuad Cəlilzadə polis tərəfindən saxlanılıb.

***

Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, dekabrın 02-si saat 22 radələrində Beyləqan rayonunun Tatallar kəndi ərazisində 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə aralarında olan düşmənçilik ədavətinə görə bir ailənin 4 üzvünü öldürməkdə şübhəli bilinərək saxlanılıb.

Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda istintaq davam edir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki