Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft96.02 $▲0.33%
  • WTI neft88.64 $▲0.28%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.287 $▼1.73%
  • Qızıl3 903 $▼0.40%
  • Gümüş50.00 $▼0.51%
  • Pambıq78.56 ¢▼4.59%
  • Buğda594.50 ¢▲0.63%
  • Bitcoin68 680 $▼3.77%
  • Ethereum1 935 $▼4.10%
  • S&P 5007 592▼0.33%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Birinci Qarabağ müharibəsi əlillərinə SEVİNDİRİCİ XƏBƏR - VİDEO

image-1638861406_elil
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin birdəfəlik ödəmə ilə təminatı prosesi davam edir. Artıq birdəfəlik ödəmə alan müharibə əlillərinin sayı 13 mini ötüb. Bu barədə Dövlət Sosial müdafiə fondundan məlumat verilib. Bildirilib ki, birdəfəlik ödəməni almağa hüququ çatan şəxslərdən 571-i artıq dünyasını dəyişib. Bu səbəbdən ödəmələr onların vərəsələrinə verilib.

13 mindən artıq I Qarabağ müharibəsi əlilinə birdəfəlik ödəmələr verilib.

Verilən ödəmələrin ümumi məbləği 80 milyon manat təşkil edir. Bunu DSMF-nin idarə heyəti sədrinin müavini Zəka Mirzəyev bildirib.

Birdəfəlik ödəməni almaq üçün müraciət edən şəxslərin diqqət etməli olduğu məqamlar var. Belə ki, yalnız 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular dəstək proqramından yararlana bilər. 1997-ci ildən sonra müharibədə xəsarət alan şəxslərə isə o halda ödənişlər verilir ki, onların vaxtilə aldıqları məbləğ bu günkü birdəfəlik ödəmə üçün müəyyən edilən müvafiq məbləğlərdən aşağı olsun.

Birdəfəlik ödəməni almağa hüququ çatan 13 min şəxsdən 571-i artıq dünyasını dəyişib. Bu səbəbdən ödəmələr onların vərəsələrinə verilib.

Qeyd edək ki, birdəfəlik ödəmələrin verilməsi prosesi növbəti 2-3 ay ərzində tam başa çatacaq.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=84202