Biz davamlı, hərtərəfli, ədalətli sülhə nail olmaqda Ermənistanı və Azərbaycanı dəstəkləyirik – Toivo Klaar

image-klaarbackend

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistan-Avropa İttifaqı hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişinin imzalanmasının ikinci ildönümü münasibətilə Ermənistanın Belçikadakı səfirliyində keçirilən tədbirdə iştirak edib.

Busaat.az xəbər verir ki, Klaar Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması haqqında paylaşım edib.

“Ermənistan səfiri Anna Ağadcanyana Ermənistan-Avropa İttifaqı hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişinin imzalanmasının ikinci ildönümünün qeyd edilməsinə ev sahibliyi etdiyinə görə təşəkkür edirəm. Aİ Ermənistanla tərəfdaşlığa və dinc və firavan Cənubi Qafqazın qurulmasına sadiqdir. Biz davamlı, hərtərəfli və ədalətli sülhə nail olmaqda Ermənistan və Azərbaycanı dəstəkləyirik”, – Klaar “Twitter” səhifəsində yazıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki