Məzmuna keç
  • Brent neft95.90 $▲0.28%
  • WTI neft88.58 $▲0.37%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.215 $▼3.51%
  • Qızıl3 885 $▼0.81%
  • Gümüş48.98 $▼2.52%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin68 644 $▼3.82%
  • Ethereum1 927 $▼4.50%
  • S&P 5007 522▼0.93%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

“Bizi əl çalmağa çağırmısınız!” — Nazirlə deputat arasında QALMAQAL

image-qalmaqal
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bu gün “Marriott Hotel”də Bakı şəhər Təhsil İdarəsinin sentyabr konfransı keçirilib. Elm və təhsil nazirinin iştirak etdiyi konfransa Milli Məclisin 10-a yaxın deputatı da dəvət olunub.

Busaat.az xəbər verir ki, tədbirdə iştirak şəxslərdən biri “Yeni Sabah”a məlumat verib ki, konfransda qalmaqal baş verib. Tədbirə dəvətlilər sırasında Milli Məclisin Elm və Təhsil komitəsinin sədri, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev də olub. Lakin tədbir boyu ona çıxış üçün söz verilməyib.

Bunu isə deputatlar özlərinə qarşı hörmətsizlik kimi qəbul ediblər: “Hətta deputatlardan biri buna açıq şəkildə etiraz edərək nazirə iradını bildirdi və bunun Milli Məclisə və qanunverici orqana qarşı hörmətsizlik kimi qəbul etdiyini dilə gətirdi. Hətta bu etirazdan sonra da deputatlara söz verilmədi. Sanki deputatları həmin tədbirə sadəcə əl çalmaq üçün dəvət etmişdilər”.

Qeyd edək ki, Milli Məclisin Elm və Təhsil komitəsinin rəhbərləri əvvəllər – Ceyhun Bayramov və Mikayıl Cabbarovun vaxtında da bu tədbirlərə dəvət olunub və çıxış üçün imkan yaradılıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=85110