Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft94.60 $▼3.80%
  • WTI neft87.68 $▼3.98%
  • Avropa qazı (TTF)87.01 €▲1.66%
  • Təbii qaz (ABŞ)3.008 $▼0.50%
  • Qızıl4 116 $▼0.42%
  • Gümüş52.73 $▼0.73%
  • Pambıq79.72 ¢▲1.75%
  • Buğda587.00 ¢▼0.76%
  • Bitcoin74 401 $▼0.43%
  • Ethereum2 118 $▼0.34%
  • S&P 5007 377▲0.27%
8°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Cəmiyyət

“Bizi Yaşadan Qəhrəmanlar” layihəsi keçirilib – FOTOLAR

image-media-img_2728-1140x760-94pe6lasift7km80jcng-620x326
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə “Bizi Yaşadan Qəhrəmanlar” layihəsi həyata keçirilib.

Busaat.az xəbər verir ki, tədbirdə bir sıra gənc 44 günlük Vətən Müharibəsində iştirak edən qazilərlə, eyni zamanda Füzuli şəhəri uğrunda döyüşlər zamanı şəhid olan Amal Qarayevin atası ilə görüşüblər.

Görüş çərçivəsində şəhidin atası Ədalət Qarayev gənclərlə bir araya gələrək onlara oğlunun şücaətindən, o cümlədən şəhidin döyüş hekayəsindən bəhs edib.

Ardınca, söz Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) giziri və 44 günlük Vətən müharibəsi qazisi Qismət Əliyevə verilib. O da gənclərlə söhbətində döyüş xatirələrini danışıb, eyni zamanda onlara vətənpərvərlik ruhunu aşılayıb.

Tədbirdə çıxış edən Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin sədri, Vətən müharibəsi qazısı Bəhruz Məmmədzadə gənclərlə həmsöhbəti zamanı müharibənin çətinlikləri, vurduğu ziyanlar barədə məlumat verib. O həmçinin gənclərə daim sülh şəraitində, firavan yaşamağı arzulayıb.

Görüşdə 34 saylı məktəbin Azərbaycan və ədəbiyyatı müəllimi Sevil Əlizadə çıxış edərək vətənpərvərlik hislərinin məktəblərdə düzgün formada aşılanması barədə danışıb. O, şagirdlərə bu istiqamətdə yalnız doğru informasiyaların ötürülməsinin vacibliyini vurğulayıb.

Tədbir zamanı çıxış edən Medialive.az informasiya portalının rəhbəri Mikayıl Mirzəzadə əlavə edib ki, Azərbaycan cəmiyyəti həm 44 günlük Vətən müharibəsi zamanı, həm də müharibədən sonra dezinformasiya və “deepfake”lərin qurbanına çevrilmişdi. Onun sözlərinə görə, məktəblərdə və ali təhsil müəssisələrində bu istiqamətdə obyektiv təbliğat aparılmalıdır. Şagirdlər və tələbələr düşmənlərin saxta məlumatlarını oxumamalı və yayımlamamalıdırlar. Jurnalist qeyd edib ki, bu qəbildən olan informasiyalar daha çox sosial şəbəkələr üzərindən yayılır və müəllimlər, valideynlər azyaşlılara xüsusi diqqət yetirməlidirlər.

Tədbirdə media nümayəndələri də iştirak edib.

Görüşün sonunda gənclərin sualları cavablandırılıb. Fərqlənən iştirakçılara sertifikatlar təqdim edilib.

Sonda xatirə şəkli çəkdirilib.

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=180010