Biznesmen “siyasətçi”: “O, hələ çox yalanı gerçəkliyin öz dili ilə söyləyəcək” – ŞƏRH

image-61ab51d1d1-befunky-collagevvbackend

“Rusiya Vardanyanı siyasətçi kimi qələmə vermək istəsə də alınmır”.

Bunu Ruben Vardanyanın “ByLine Times”-a verdiyi müsahibədə özünü təkzib etməsinə münasibət bildirən politoloq Samir Hümbətov Busaat.az-a açıqlamasında deyib.

image-samir-humbetov

O bildirib ki, Ruben Vardanyanın siyasi anlayışı yoxdur: “Vardanyanın verdiyi müsahibədə səf buraxmağı normal haldır. Rusiya onu bir siyasətçi kimi qələmə vermək istəsə də alınmır. Çünki Vardanyan siyasətçi deyil. O, hələ çox yalanları, çox ikiüzlü siyasətləri öz dili ilə söyləyəcək”.

Politoloq fikirlərinə belə davam edib: “Bir müddət öncə Xankəndi ermənilərinə “yardım olunmasına icazə vermirlər, bizi ac saxlayırlar” kimi açıqlama verib. Bu açıqlama geniş şərh mövzusuna çevrilərək Qərb mediasına qədər yer aldı. Lakin Vardanyan “ByLine Times”-a verdiyi açıqlamada özünü təkzib etdi – bir sözlə öz yalanını ifşa etdi. Ruben Vardanyan eko-aktivistlərdən yemək istəyən ermənidən artıq adam deyil. İstər Vardanyan, istər gələcəktəki separatçı erjimin başçısı olsun bizim dirəncimiz qarşısında dayana bilməz. Gələcək Vardanyan kimi rəhbərlər də özlərini təkzib edən açıqlamalar verəcək”.

Ələsgər / Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki