BMT Rusiya şəhərlərinə pilotsuz təyyarələrin endirilməsindən narahatdır

image-bmtbackend

BMT Rusiyanın sərhədyanı ərazilərinin atəşə tutulmasından və Rusiya şəhərlərinə pilotsuz təyyarələrin hücumundan narahatdır.

Busaat.az xəbər verir ki, bu barədə BMT baş katibinin müavini Rozmari DiKarlo Təhlükəsizlik Şurasının iclasında deyib.

O, qeyd edib ki, mülki əhaliyə və infrastruktura qarşı bu cür hərəkətlər beynəlxalq hüquqla qəti şəkildə qadağandır.

“Biz həmçinin Rusiyanın sərhəd icmalarının və pilotsuz təyyarələrin atəşə tutulmasının sivil vətəndaşlara  mümkün təsirindən narahatıq. Dinc əhaliyə və mülki infrastruktura qarşı hücumlar – harada baş verməsindən asılı olmayaraq, müdafiə olunmazdır və beynəlxalq hüquqa əsasən qəti şəkildə qadağandır”,- DiKarlo söyləyib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki