BNN: “Azərbaycan rəqəmsal texnologiyaların inkişafı baxımından regional liderdir”

image-reqemsal-texnologiyabackend

Azərbaycan rəqəmsal texnologiyaların və İKT infrastrukturunun inkişafı baxımından regionun lider ölkəsinə çevrilib.

Busaat.az xəbər verir ki, bu barədə “BNN Breaking” nəşrində dərc olunan “Azərbaycanın rəqəmsal transformasiyası: ICIEC-in rolu” adlı məqalədə deyilir.

Bildirilib ki, son illər Azərbaycan hökuməti rəqəmsal texnologiyaların və İKT infrastrukturunun inkişafı istiqamətində vacib addımlar atıb: “Azərbaycanın rəqəmsal transformasiya proqramı iqtisadi mənzərəni dəyişmək və ölkənin rəqəmsal sektorda qlobal statusunu artırmaq potensialına malikdir”.

Müəllifin fikrincə, bu yaxınlarda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası (ICIEC) baş icraçı direktoru Ussama Kayssinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü Azərbaycanla ICIEC arasında əməkdaşlığın inkişafında irəliyə doğru daha bir addım olub: “Bu əməkdaşlıq planların həyata keçirilməsinə töhfə verə və Azərbaycanın rəqəmsal transformasiyasının sürətləndirilməsində unikal rol oynaya bilər”.

İKT və nəqliyyat kimi vacib sahələrə diqqət yetirilmək yolu ilə tərəfdaşlıq əlaqələri Azərbaycanda ölkənin iddialı inkişaf məqsədlərinə uyğun olan və əlverişli biznes mühitini dəstəkləyən yaxşı planlaşdırılmış, rəqəmsal əsaslı iqtisadi strukturun yaradılmasına səbəb olacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90