Boks üzrə mütləq dünya çempionu dünyasını dəyişdi

image-17477527895349946455_1200x630jpeg-1747835544backend

Boks üzrə yüngül və orta çəkidə mütləq dünya çempionu Nino Benvenuti vəfat edib.

Busaat.az “BoxingScene”yə istinadən xəbər verir ki, 1960-cı ildə Olimpiya çempionluğunu da qazanmış idmançı 87 yaşında ölüb.

Tarixin ən yaxşı boksçularından hesab olunan N.Benvenuti peşəkar rinqdə keçirdiyi 90 döyüşün 82-dən (35-i nokautla) qələbə ilə ayrılıb.

Qeyd edək ki, o, həvəskarlar arasında keçirdiyi 120 döyüşün 119-da qalib gəlib


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki