Məzmuna keç
  • Azeri Light127.60 $▲0.00%
  • Brent neft109.55 $▼0.15%
  • WTI neft100.07 $▼0.71%
  • Avropa qazı (TTF)94.68 €▼1.47%
  • Təbii qaz (ABŞ)3.058 $▲0.69%
  • Qızıl4 073 $▲1.07%
  • Gümüş54.53 $▲1.44%
  • Pambıq77.90 ¢▼1.53%
  • Buğda611.00 ¢▼0.57%
  • Bitcoin80 803 $▲0.99%
  • Ethereum2 348 $▲1.21%
  • S&P 5007 723▲0.60%
16°Bakı
  • USD1.7011
  • EUR1.9051
  • 100 RUB2.1019
  • GBP2.2720
  • TRY0.0342
  • AED0.4632
  • CNY0.2545
  • GEL0.6547
  • 100 KZT0.3765
  • UAH0.0374
  • 100 JPY1.0814
  • CHF2.0607
  • USD1.7011
  • EUR1.9051
  • 100 RUB2.1019
  • GBP2.2720
  • TRY0.0342
  • AED0.4632
  • CNY0.2545
  • GEL0.6547
  • 100 KZT0.3765
  • UAH0.0374
  • 100 JPY1.0814
  • CHF2.0607
İdman

Boksçumuz erməniyə qalib gəldi

image-sotomayor
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycan boksçusu Lorenzo Sotomayor Avropa Olimpiya Təsnifat Turnirində 1/4 finala yüksəlib.

Busaat.az xəbər verir ki, 69 kq çəki dərəcəsində mübarizə aparan erməni əsilli Danimarka yığmasının üzvü Sebastian Terteryanı mübarizədən kənarlaşdırıb.

Boksçumuz Fransanın paytaxtı Parisdə keçirilən yarışda erməni əsilli rəqibini 4:1 (29:28, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə məğlub edib.

Sotomayor yarışa ötən il martın 14-də Böyük Britaniyanın paytaxtı Londonda başlayıb. O, koronavirus pandemiyası üzündən cəmi 3 gün davam edən turnirin 1/16 finalında Dmitri Qalaqota (Moldova) qalib gəlib. Yarış bu gün bərpa olunub. Lorenzonun çəki dərəcəsində ilk 6 yeri tutacaq idmançılar Tokio-2020-yə lisenziya qazanacaq.

Sotomayordan öncə rinqə çıxan Aynur Rzayeva (75 kq) isə Yelizaveta Vojçikə (Polşa) uduzub.

Qeyd edək ki, bu gün daha iki boksçumuz mübarizəyə qoşulacaq.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=48762