Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft96.15 $▲1.49%
  • WTI neft89.04 $▲1.29%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.118 $▼1.30%
  • Qızıl3 864 $▼0.24%
  • Gümüş47.39 $▼0.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda589.50 ¢▲0.34%
  • Bitcoin64 514 $▼1.23%
  • Ethereum1 806 $▼1.53%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Siyasət

Bolqarıstan Ukraynadan məhsul idxalını qadağan edəcək

image-1389769
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bolqarıstan hökuməti aprelin 24-dən iyunun 30-dək Ukraynadan bir sıra məhsulların idxalını qadağan etmək qərarına gəlib.

Busaat.az xəbər verir ki, bu  barədə Bolqarıstanın kənd təsərrüfatı naziri Yavor Geçev məlumat verib.

“Bu gün bir sıra Ukrayna məhsullarının Bolqarıstana idxalının müvəqqəti məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilib. Biz bir neçə milyard dəyərində taxıl ehtiyatı yığmışıq”, –  deyə Geçev bildirib.

“Bu məsələ bizim üçün çox vacibdir. Ölkə vətəndaşlarının 16%-i kənd təsərrüfatı ilə məşğuldur və biz onların əməyinin sorğulanmasına imkan verə bilmərik”, –  İqtisadiyyat naziri Nikola Stoyanov əlavə edib.

O bildirib ki, Avropa Komissiyası “həmrəylik dəhlizlərinin tranzit dəhlizləri olmasını” təmin etməlidir.

Bundan əvvəl baş nazir Qalab Donev, bolqar biznesinə ciddi ziyan vurduğu üçün Ukraynadan bir sıra məhsulların idxalına müvəqqəti qadağa qoyulması barədə qərar qəbul edəcəyini açıqlamışdı.

“Bolqarıstan Ukrayna ilə həmrəylikdə qalır, lakin bolqar kənd təsərrüfatı istehsalçılarının müflisləşməsi ona heç bir şəkildə kömək etməyəcək”, – Donev deyib.

Qeyd edək ki, aprelin 14-də Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya, Slovakiya və Çexiya Ukrayna taxılının alınması üçün vahid Avropa mexanizminin yaradılmasını və Ukraynadan kənd təsərrüfatı məhsulları üçün Aİ-də gömrük kvotalarının tətbiqini tələb ediblər.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=107405