Böyük uğura imza atan ölkə

image-cop39-3backend

“Bir neçə gün bundan əvvəl ölkəmiz növbəti böyük uğura imza atmışdır “

Vətən müharibəsində qazanılan qələbə,ədalətimizin bərpa edilməsi, dünya ölkələrində Azərbaycana qarşı maraq yaratdı.Bir neçə gün bundan əvvəl ölkəmizin növbəti böyük uğuru COP konfransına Azərbaycanın ev sahibliyi etməsi olmuşdur.1995-ci ilin mart ayında Almaniyanın Berlin şəhərində BMT -nin İqlim Dəyişkənliyi üzrə Çərçivə Konvensiyası üzərində ali qərarların verilməsi üçün yaradılmış qurumdur.Keçən il konfrans Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmişdir.Dekabrın 9-u isə 190 -dan çox ölkənin yekdilliklə səs verməsi nəticəsində konfrans 2024-cü ilin 11-24 Noyabr tarixlərində Azərbaycanın Bakı şəhərində keçirilməsi qərara alınmışdır.Konfransda 190 -dan çox çox ölkə və onları təmsil edən 80-100 min nəfərə qədər nümayəndə heyətinin qəbul edilməsi gözlənilir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev COP 29 konfransı haqqında çıxışında bildirib:”Hesab edirəm ki,COP 29 dünyada ən mötəbər Beynəlxalq Tədbirlərdən biridir.Ölkələrin təmsilçiliyi ilə nöqteyi -nəzərindən BMT Baş Assambleyasından geri qalmır.”Konfransda tanınmış alimlər, tədqiqatçılar və jurnalistlər iştirak edəcəklər.Bu o deməkdir ki, Bakı 2024-cü ilə ilk COP 29 kimi böyük konfransın iştirakçıları ilə start verəcək.Əminik ki, konfrans iştirakçıları Bakının gözəlliyi və vətənpərvərliyi haqqında əla təəssüratları ilə öz vətənlərinə dönəcəklər.Onu da qeyd etmək lazımdır ki, Azərbaycan ilk dəfə bu qədər böyük miqyasda qonaqları qəbul edəcək.Ən çox qonaqları Avropa oyunlarında qəbul etmişdik.O ,zaman qonaqların sayı 8 min nəfərə yaxın idi.Vətənimin günü -gündən böyüyən nüfuzu özünü bir daha təsdiq etmiş oldu.İlham Əliyevin sürdüyü doğru siyasətin nəticəsidir ki, bu gün Azərbaycan alnı -açıq şəkildə Dünya Arenasında öz sözünü deyə bilir.Və öz haqqını tələb edir.Vətən müharibəsində biz həm də dünyaya öz gücümüzü göstərdik. Dağlıq Qarabağlı Azərbaycanın ilk böyük miqyaslı tədbiri COP 29 ilə açması isə daha da qürur vericidir.Belə tədbirlərin davamlı olması isə bütün xalqımızın istəyi və arzusudur.2015-ci ildə Avropa oyunlarının Azərbaycana təhvil verilməsi Dünya Ölkələrinin Azərbaycana qarşı olan güvəninin sübutudur.Bundan sonra 2017 -cı ildə isə 4-cü İslam Həmrəyliyi oyunlarına ev sahibliyi etmişdir.Hər il Formula yarışlarının keçirilməsi Azərbaycanın öz üzərinə düşən işi necə mükəmməl etdiyinin nümunəsidir.

Azərbaycan Dillər Universiteti
Məmmədova Bilqeyis

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki