Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 692 $▲0.91%
  • Ethereum1 808 $▲2.25%
  • S&P 5007 562▼0.40%
13°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Kriminal

“Bravo”ya basqını həyata keçirənlərin kriminal aləm sevgisi - Foto

image-sosiallalala
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Martın 4-də saat 12 radələrində “Bravo” hipermarketinə silahlı basqın edən şəxslərlə bağlı bəzi məqamlar üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həyata keçirilmiş xüsusi əməliyyatla saxlanılan Lənkəran sakini, 2002-ci il təvəllüdlü Dəyanət Canəli oğlu Qüdrətov, eləcə də zərərsizləşdirilən 2001-ci il təvəllüdlü Ağcabədi sakini Ruhlan Rövşən oğlu İsmayılov kriminal aləmin pərəstişkarı olublar.

Onlar cinayəti xeyli əvvəldən birgə planlaşdırıb və silah əldə ediblər. Həmçinin onların Azər Məmmədov və Səbuhi Qurbanov adlı digər dostları da hipermarketdə bankomata yaxınlaşan inkassatorlara hücumla bağlı plana dəstək veriblər.

Cinayəti törətməkdə şübhəli bilinən Ruhlan və Dəyanət sosial şəbəkə səhifələrində dəfələrlə kriminal avtoritet fotoları paylaşıblar. Onların və dostluq etdikləri şəxslərin də bir çoxunun sosial şəbəkə səhifələrində kriminal aləmə pərəstişi göstərən paylaşımlar mövcuddur.

Sözügedən şəxslərin profillərindəki açıq paylaşımlar 2019-2020-ci illərə aiddir.

Qeyd edək ki, polisin həyata keçirdiyi xüsusi əməliyyat zamanı ilk olaraq Dəyanət Qüdrətov və Ruhlan İsmayılovun yeri müəyyən edilib. R.İsmayılov silahlı müqavimət göstərərkən zərərsizləşdirilib, Dəyanəti isə sağ tutmaq mümkün olub. Davam etdirilən əməliyyat tədbirləri ilə digər iki nəfər də müəyyən edilərək saxlanılıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=103297