Braziliya prezidenti BRİKS sammitində iştirak etmək üçün Cənubi Afrikaya səfər edib

image-luiz-inasio-lula-da-silvabackend

Braziliya prezidenti Luiz İnasio Lula da Silva avqustun 22-də başlayacaq 15-ci BRİKS sammitində iştirak etmək üçün Yohannesburqa gəlib.

Busaat.az xəbər verir ki, bu barədə Cənubi Afrika Prezident Administrasiyası məlumat yayıb.

Cənubi Afrika Respublikasının Beynəlxalq Əlaqələr və Əməkdaşlıq naziri Naledi Pandor onu Yohannesburq Beynəlxalq Hava Limanında qarşılayıb.

Bu gün Çin prezidenti Si Cinpin Cənubi Afrikaya dövlət səfəri və BRİKS sammitində iştirak etməlidir.

Qeyd edək ki, BRİKS sammiti avqustun 22-24-də Yohannesburqda keçirilir və Qlobal Cənub ölkələrinin dövlət və hökumət başçılarının son illərdəki ən böyük görüşü olacağını vəd edir. 54 Afrika ölkəsinin lideri iştirak etmək üçün dəvət olunub. Rusiya prezidenti Vladimir Putin tədbirdə videobağlantı vasitəsilə iştirak edəcək. Rusiyanı xarici işlər naziri Sergey Lavrov şəxsən təmsil edəcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki