Rəsmi Moskva Rusiya məhsullarına antidempinq tədbirlərinin aradan qaldırılması məsələsində Braziliya və Meksika ilə dialoqda konstruktiv yanaşma gözləyir.
Busaat.az xəbər verir ki, bu barədə İqtisadi İnkişaf nazirinin müavini Dmitri Volvaç bildirib.
“Biz Braziliya və Meksika tərəfindən Rusiya məhsullarına qarşı bir sıra antidempinq tədbirlərinin ləğvi məsələsində konstruktiv dialoq gözləmək istərdik. Bu tədbirlər açıq şəkildə qarşılıqlı ticarətin inkişafına mane olur”, – Volvaç qeyd edib.
“Moskva region ölkələrinin anti-Rusiya sanksiyalarına qoşulmamaq qərarını və Rusiya və ən yaxın müttəfiqləri və tərəfdaşları ilə əməkdaşlığı genişləndirmək üzrə konstruktiv mövqeni alqışlayır”, – deyə Volvaç əlavə edib.
O bildirib ki, Rusiya biznesi istehlakçılarımızın ehtiyac duyduğu malların mənbəyini, ilk növbədə, qida mənbəyini regionda görür.
“Biz həmçinin yerli məhsullar üçün dərin və sürətlə inkişaf edən bazar və investisiya üçün perspektivli sahə görürük”, – Volvaç vurğulayıb.