
Braziliyada sel qurbanlarının sayı 104-ə çatdı - Video+Fotolar
Braziliyanın Petropolis şəhərində güclü yağışlar nəticəsində həlak olanların sayı 104-ə çatıb.
Busaat.az “G1” portalına istinadən xəbər verir ki, həlak olanların 8-nin uşaq olduğu bildirilir.
Xilasedicilər 24 nəfəri xilas etməyə nail olub. 35 nəfər itkin düşmüş hesab olunur.
Xatırladaq ki, fevralın 15-də Petropolisdə güclü yağışlar sel və torpaq sürüşməsinə səbəb olub. 6 saatdan çox müddətdə bir kvadrat metrə 260 litr yağıntı düşüb. Bu, fevral ayında ölkənin bu bölgəsində qeydə alınan yağıntı normasından qat-qat çoxdur.





























