Britaniya parlamenti Ukraynadakı Qolodomoru soyqırım kimi tanıyıb

image-default-2backend

Britaniya parlamenti 1932-1933-cü illərdə Ukraynada yaşanan aclığı Ukrayna xalqının soyqırımı kimi tanıyıb.

Busaat.az xəbər verir ki, qətnaməni İcmalar Palatasının deputatları yekdilliklə dəstəkləyiblər.

Səsvermənin təşəbbüskarı olan mühafizəkarların nümayəndəsi Pauline Lethamın fikrincə, bu addım Vladimir Putinə və bütün dünyaya Britaniya parlamentinin nə keçmişdə, nə də indiki müharibə cinayətlərinə dözməyəcəyinə dair aydın siqnaldır.

“Sovet İttifaqı milyonlarla ukraynalını məcburi aclıq və köçkün siyasəti ilə məhv etdi. Bu, bizə Ukraynada bugünkü hadisələri xatırladır. 1930-cu illərdəki Stalin kimi, bu gün də Putin Ukrayna xalqını və onun kimliyini məhv etməyə çalışır”, – diplomat bildirib.

Britaniya parlamentinin bu qərarı Ukraynada müsbət qarşılanıb. Ali Radanın sədri Ruslan Stefançuk sənədin müəllifləri Pauline Letham və Stuart McDonalda təşəkkürünü bildirib. “Bu, tarixi ədalətin bərpası haqqında qərardır və bu cür cinayətlər bir daha təkrarlanmamalıdır”, – o deyib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90