Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft93.11 $▲1.49%
  • WTI neft86.03 $▲1.20%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.206 $▲3.85%
  • Qızıl3 855 $▼0.58%
  • Gümüş47.28 $▼0.43%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda610.25 ¢▲1.79%
  • Bitcoin63 633 $▼1.83%
  • Ethereum1 787 $▼1.78%
  • S&P 5007 325▼1.29%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Dünya

Britaniya Rusiyanın Ukraynanı işğal xəritəsini dərc etdi - FOTO

image-ukr-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Böyük Britaniyanın Müdafiə Nazirliyi Rusiyanın Ukraynaya “işğal istiqamətləri»nin xəritəsini dərc edib və  xəritədə Rusiya Prezidenti Vladimir Putinin adı qeyd olunub.

Busaat.az xəbər verir ki, qurumun rəsmi Tvitter səhifəsində yerləşdirilmiş “Prezident Putinin mümkün işğal oxu” adlı diaqramda oxlar qurudan hücumun iki mərhələsini təsvir edir.

Birinci istiqamətdə olan oxlar Rusiyanın qərb bölgələrindən Kiyev və Dnepr, Krımdan Azov sahilləri boyunca və Belarus ərazisindən Kiyevə müdaxiləsini göstərir. İkinci oxlar isə Dneprdən Vinnitsaya, eləcə də Krımdan Odessaya doğru hərəkəti nəzərdə tutur. Eyni zamanda Böyük Britaniyanın Müdafiə Nazirliyi diaqramların “yalnız illüstrativ məqsədlər üçün hazırlandığını” yazıb.

Təlimlərdən sonra rus qoşunlarının yerləşdirilmə yerlərinə qayıtmasına baxmayaraq, Britaniya MN qeyd edib ki, “Rusiya xəbərdarlıq etmədən işğalı həyata keçirə biləcək mühüm hərbi mövcudluğunu saxlayır”.

 

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=71548