Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft97.13 $▼2.54%
  • WTI neft90.35 $▼1.20%
  • Avropa qazı (TTF)85.23 €▼4.93%
  • Təbii qaz (ABŞ)2.937 $▼0.64%
  • Qızıl4 064 $▲0.25%
  • Gümüş52.01 $▲0.89%
  • Pambıq78.34 ¢▼0.01%
  • Buğda594.25 ¢▼0.17%
  • Bitcoin75 747 $▼0.29%
  • Ethereum2 228 $▼0.33%
  • S&P 5007 413▲0.76%
13°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Analitika

“Bu addım Azərbaycanın Cənubi Qafqazda nüfuzunu daha da artırdı” - ŞƏRH

image-_123348864_aliyevputin2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Razılaşma ilə Rusiya və Azərbaycan rəsmiləri arasında qarşılıqlı şəkildə dövlətlərin ərazi bütövlüyü ilə bağlı məsələlərə daha həssas yanaşılmasının tələb edilməsinə əsas yaratmış oldu”.

Bunu Azərabycan və Rusiya arasında 2022-ci fevralın 22-si bağlanılan müttəfiqlik bəyannaməsinin bir illiyi barədə fikirlərini səsləndirən politoloq Anar Əliyev Busaat.az-a açıqlamasında deyib.

O bildirib ki, ötən il fevralın 22-si Azərbaycan-Rusiya arasında qarşılıqlı birgə fəaliyyət müttəfiqliyi haqqında saziş imzalandı:

image-anar55-2

“Bu müqavilə ilə Rusiya-Azərbaycan arasında münasibətlər strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş oldu. Sazişdə əksini tapan bütün bəndlər Azərbaycanın ortaya qoyduğu iradə, qlobal oyunçuya çevrilmə istiqamətdə atdığı addımlarla tamamilə üst-üstə düşür. Sazişin ilk bəndi Rusiyanın Azərbaycanı ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşması haqqındadır. Bu müqavilə ilə Azərbaycan kifayət qədər aqressivləşdirilən Rusiyadan özünü sığortalamış oldu. Razılaşma ilə Rusiya və Azərbaycan rəsmiləri arasında qarşılıqlı şəkildə dövlətlərin ərazi bütövlüyü ilə bağlı məsələlərə daha həssas yanaşılmasının tələb edilməsinə əsas yaratmış oldu. Qısa müddət öncə Rusiya XİN rəhbərinin Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı çıxışını xatırlatmaq istəyirəm. Vaxtilə ermənipərəst mövqeyi ilə tanınan diplomatın Azərbaycan maraqlarına uyğun bəyanatlar səsləndirməsi heç də təsadüfi deyildi”.

“Bu müqavilə Azərbaycanın maraqlarına xidmət edən uğurlu addım idi. Rusiya ilə bağlanan müttəfiqlik bəyannaməsi Şuşa bəyannaməsinin ardı idi. Regionda təsir imkanları böyük olan iki dövlətlə razılaşmaların imzalanması Azərbaycanın Cənubi Qafqazda nüfuzunu daha da artırdı”, – politoloq əlavə edib.

Ələsgər / Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=101650