Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.96 $▲1.33%
  • WTI neft85.67 $▲0.78%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.194 $▲3.47%
  • Qızıl3 852 $▼0.64%
  • Gümüş47.20 $▼0.60%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda610.25 ¢▲1.79%
  • Bitcoin64 332 $▼0.75%
  • Ethereum1 805 $▼0.78%
  • S&P 5007 341▼1.07%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
İdman

"Bu formanı geyindiyim üçün qürur duyuram"- Rəhim Sadıxov

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Sumqayıt”ın futbolçusu Rəhim Sadıxov Azərbaycan millisinin heyətində keçirdiyi ilk oyun barədə fikirlərini bölüşüb.

Busaat.az xəbər verir ki, şəxsi “Instagram” səhifəsində paylaşım edən 24 yaşlı yarımmüdafiəçi yığmanın formasını geyindiyi üçün qürur duyduğunu yazıb.

O, vacib qələbələrin hələ qarşıda olduğunu qeyd edib: “Bütün azarkeşlərə və bizə hər bir halda dəstək verən, narahat olan və inananlara təşəkkür etmək istəyirəm. Damarımda Azərbaycan qanı axarkən bu komandanın formasını geyindiyim üçün qürur duyuram. Əminəm ki, daha vacib qələbələr hələ qarşıdadır!”.

Qeyd edək ki, R.Sadıxov UEFA Millətlər Liqasının II turunun Kiprlə səfər oyununda (1:0) meydana çıxaraq Azərbaycan yığmasında debüt edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=17871