Məzmuna keç
  • Azeri Light127.60 $▲0.00%
  • Brent neft109.57 $▼0.13%
  • WTI neft100.23 $▼0.56%
  • Avropa qazı (TTF)94.68 €▼1.47%
  • Təbii qaz (ABŞ)3.066 $▲0.95%
  • Qızıl4 077 $▲1.16%
  • Gümüş54.52 $▲1.42%
  • Pambıq77.90 ¢▼1.53%
  • Buğda611.00 ¢▼0.57%
  • Bitcoin80 804 $▲0.99%
  • Ethereum2 347 $▲1.14%
  • S&P 5007 723▲0.60%
16°Bakı
  • USD1.7011
  • EUR1.9051
  • 100 RUB2.1019
  • GBP2.2720
  • TRY0.0342
  • AED0.4632
  • CNY0.2545
  • GEL0.6547
  • 100 KZT0.3765
  • UAH0.0374
  • 100 JPY1.0814
  • CHF2.0607
  • USD1.7011
  • EUR1.9051
  • 100 RUB2.1019
  • GBP2.2720
  • TRY0.0342
  • AED0.4632
  • CNY0.2545
  • GEL0.6547
  • 100 KZT0.3765
  • UAH0.0374
  • 100 JPY1.0814
  • CHF2.0607
İdman

Bu gün Azərbaycan Kubokunun püşkü atılacaq

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2020/2021-ci illər mövsümünün püşkatma mərasimi keçiriləcək.

Busaat.az xəbər verir ki, bu mövsüm yarışa Premyer Liqanın 8 komandası ilə yanaşı, I Divizion təmsilçilərindən “Turan Tovuz”, “Zaqatala”, “Kəpəz” və “Qaradağ Lökbatan” qatılacaq. “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq püşkatma mərasimi 24 noyabr tarixdə AFFA-nın inzibati binasında keçiriləcək. Saat 13:00-da başlayacaq tədbir Azərbaycan Respublikası ərazisində koronavirus pandemiyası səbəbindən karantin rejimi tətbiq olunduğuna görə klub və KİV nümayəndələri üçün qapalı olacaq.

Ötən mövsüm Premyer Liqanı ilk 4 pillədə başa vurmuş “Qarabağ”, “Neftçi”, “Keşlə” və “Sumqayıt” komandaları mübarizəyə 1/4 final mərhələsindən başlayacaqlar. 1/8 final mərhələsinin püşkü qalan klubların iştirakı ilə atılacaq.

Qeyd edək ki, Azərbaycan Kubokunda mübarizəyə dekabrın 24-də start veriləcək. Həmin gün bir oyunluq sistemlə 1/8 final oyunları keçiriləcək. 1/4 final qarşılaşmaları isə 2021-ci il 1-2 fevral və 6-7 fevralda olacaq. Ötən mövsüm koronavirus pandemiyası ilə əlaqədar yarımçıq dayandırıldığından, kubokun qalibi müəyyənləşdirilməyib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=25468