Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası günüdür

image-634e49f16fb41backend

Azərbaycanın müstəqilliyini bərpa etməsindən 31 il ötür.

Busaat.az xəbər verir ki, 18 Oktyabr 1991-ci ildə Ali Sovet “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.

Azərbaycan parlamentinin 2021-ci il 15 Oktyabr tarixli plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun qəbul olunub. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən “Müstəqillik Günü haqqında “ qanun təsdiq olunub.

Qanunun təsdiqlənməsi ilə də 18 Oktyabr- Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.

Qeyd edək ki, Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd olunur.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90