Bu gün İran və ABŞ arasında məhbus mübadiləsi həyata keçiriləcək.
Busaat.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib.
İranın İSNA xəbər agentliyi diplomatdan sitat gətirib: “İranın Cənubi Koreyada dondurulmuş aktivləri bu gün hökumətə və xalqa təhvil veriləcək, həmçinin məhbus mübadiləsi baş tutacaq”, – diplomat əlavə edib.
O, hər tərəfin beş məhbusu azad edəcəyini bildirib.