Bu gün Azərbaycan kubokunda tarixi oyun keçiriləcək.
Busaat.az xəbər verir ki, turnirin 1/8 final mərhələsində Ağdamın “Qarabağ” klubu MOİK-lə Xankəndi şəhərində qarşılaşacaq.
Şəhərin yenidən qurulmuş mərkəzi stadionunda baş tutacaq görüş saat 14:00-da başlayacaq.
Bu matç həm də işğaldan azad edilmiş ərazilərdə 30 ildən sonra keçirilən ilk rəsmi matç olacaq.
Sonuncu dəfə işğal altında olmuş ərazilərdə oyun 1993-cü ilin mayında Azərbaycan çempionatında “Qarabağ”la “Turan” (Tovuz) arasında olub.