Bu il daha 7 min nəfər işğaldan azad edilmiş ərazilərə köçürüləcək

image-anar-quliyevbackend

Bu ilin sonuna qədər daha 7 minə yaxın insanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə köçürülməsi planlaşdırılır.

Busaat.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev rəhbərlik etdiyi qurumun və BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda keçirdiyi “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumu çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, köç hazırda insanların yaşadığı Laçın və Füzuli rayonlarına baş tutacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki