Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft97.13 $▼2.54%
  • WTI neft90.35 $▼1.20%
  • Avropa qazı (TTF)85.23 €▼4.93%
  • Təbii qaz (ABŞ)2.937 $▼0.64%
  • Qızıl4 064 $▲0.25%
  • Gümüş52.01 $▲0.89%
  • Pambıq78.34 ¢▼0.01%
  • Buğda594.25 ¢▼0.17%
  • Bitcoin75 747 $▼0.29%
  • Ethereum2 228 $▼0.33%
  • S&P 5007 413▲0.76%
13°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Analitika

“Bu İrana adekvat cavab idi” - DEPUTAT

image-16557127803731521105_1200x630
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“İran öz siyasətində dəyişiklik etməyəcəyi vaxta qədər Azərbaycan bütün ssenarilərə hazırdır”.

Bunu İranın Azərbaycanı təhdid olaraq görməsi və təxribatlara hər zaman hazır olması haqda fikirlərini bildirən Milli Məclisin Deputatı Cavid Osmanov Busaat.az-a açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan hər zaman sülh tərəfdaşı olub:

“Azərbaycan regionda qonşu ölkələrlə dostluq münasibətlərinin, əlaqələrin gücləndirilməsi yönündə niyyətini açıq şəkildə nümayiş etdirib. Çox təəssüf ki, İran fərqli mövqedədir. İran öz siyasətində dəyişiklik etməyəcəyi vaxta qədər Azərbaycan bütün ssenarilərə hazırdır. Prezidentimizin ətrafında 50 milyonluq Azərbaycan xalqı birləşib. Azərbaycan istənilən addıma qarşı adekvat cavab verməyə hər zaman hazırdır”.

“Bir müddət öncə İranın Ermənistanla birgə Azərbaycana qarşı işğaldan azad olunmuş ərazilərimizdə terror həyata keçirmək niyyəti ifşa olundu. Bu bir daha onların iç üzünü hər kəsə göstərdi. Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyünə hər hansı təhdid olarsa Azərbaycan bunun qarşısını qətiyyətlə almağa hazırdır və qadirdir. Azərbaycan adetkvat addımlar atmaqdadır. Qardaş ölkə Türkiyə ilə İran sərhəddində hərbi təlimlər keçirdik. Bu təlimlərin İrana adekvat cavab olduğunu düşünürəm. Azərbaycan bundan sonra da milli maraqlara söykənən müstəqil siyasətini davam etdirəcək”, – deyə deputat əlavə edib.

Ələsgər / Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=101648