Məzmuna keç
  • Azeri Light126.16 $▲3.17%
  • Brent neft104.76 $▼4.75%
  • WTI neft96.57 $▼4.18%
  • Avropa qazı (TTF)93.45 €▼10.10%
  • Təbii qaz (ABŞ)2.870 $▼1.27%
  • Qızıl3 956 $▲1.17%
  • Gümüş50.58 $▲0.98%
  • Pambıq77.42 ¢▼0.98%
  • Buğda606.00 ¢▲0.54%
  • Bitcoin76 562 $▼2.13%
  • Ethereum2 235 $▼1.62%
  • S&P 5007 555▼0.34%
14°Bakı
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
İqtisadiyyat

Bu malların vergidən azad olunması Nazirlər Kabinetinin razılığı ilə mümkün olacaq

image-a11ce24f-aabd-3915-a3dc-e36c3b3dd2e0_850jpg-1733138725
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycana humanitar yardım kimi gətirilən mallar, mövcud qaydada qeydiyyatdan keçmiş humanitar təşkilatlarla yanaşı hüquqi və fiziki şəxslər tərəfindən idxal edilən zaman yalnız Nazirlər Kabinetinin razılığı ilə vergidən azad edilə bilər.

Busaat.az xəbər verir, bu, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Qanununun icrasına dair Prezident İlham Əliyevin fərmanına edilən dəyişikliklərdə öz əksini tapıb.

Əvvəllər belə malların siyahısı Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının razılığı ilə müəyyən olunurdu.

Qeyd edək ki, Azərbaycana humanitar yardım kimi gətirilən mallar əlavə dəyər vergisindən (18 %) azaddır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=154375