Bu müəllimlər növbəti mərhələyə buraxılacaq 

image-6backend

Bu gündən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanları başlayır.

Busaat.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi MİQ imtahanlarını iyulun 2-10-u aralığında keçirəcək.

Bu gün texnologiya və təsviri incəsənət müəllimliyinə namizədlər imtahan verəcəklər.

Xatırladaq ki, mayın 15-dən 22-nədək 2024–2025-ci tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi aprılıb.

Qeyd edək ki, bu il ilk dəfə olaraq “ASAN Login” sistemi vasitəsilə qeydiyyat prosesi həyata keçirilib.
Müəllimlərin işə qəbulu üzrə müsabiqə elektron ərizədəki göstəricilərin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə olmaqla 4 mərhələdən ibarətdir.

Test imtahanında hər bir namizədə onun ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual (ümumilikdə 60) təqdim ediləcək.

Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 150 dəqiqə vaxt verilir.

Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan bir sual 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanacaq.

Ümumilikdə cavablara 100 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək.

Qaydalara əsasən, ixtisas üzrə 1 səhv cavablandırılmış sual – 0,5 bal, tədris metodikası üzrə isə – 0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsindən çıxılacaq.

Test imtahanının nəticələrində keçid balı 40 bal götürüləcək.

Test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki