“Bu transfer 1 saatın içində baş tutdu” – “Qarabağ”ın direktoru

image-emrahbackend

«Açığı, bu transfer öncədən gündəmimizdə yox idi».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qarabağ»ın direktoru Əmrah Çəlikəl deyib.

Ağdam klubunun aparıcı funksioneri Aleksey Kaşukun keçidinin son anda baş tutduğunu bildirib.

Təcrübəli idarəçi ukraynalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzaladıqlarını söyləyib:

«Hər şey 1 günün, hətta deyərdim ki, 1 saatın içində baş verdi. Kaşuk «Qarabağ»la müqavilə bağlamağa maraq göstərdi, biz də görüşüb danışdıq. Üç illik kontrakt bağladıq.

Onu çoxdan tanıyırıq, oyununa bələdik. Baş məşqçimiz Qurban Qurbanovun bəyəndiyi futbolçulardandır. Komandamıza, camiəmizə xeyirli olsun!».

2022/2023 mövsümündə “Sabah”da çıxış etmiş ukraynalı Azərbaycan Premyer Liqasında keçirdiyi 31 oyunda 16 qol vurub. 23 yaşlı orta sahə oyunçusu «Şaxtyor»un yetirməsidir.

«Sabah»da da icarə əsasında forma geyinib. 2022-ci ilin martından 2023-cü ilin yayınadək «bayquşlar»ın uğurları üçün tər axıdıb.

Kaşuk 2 aydır azad agent statusu daşıyırdı. İyunun 30-da Donetsk klubu ilə müqaviləsinin müddəti bitib.

Ukraynanın gənclər yığmasının sabiq üzvü avqustdan bəri Bakıdadır. «Qarabağ», «Sabah» və «Zirə»nin avrokuboklarda keçirdiyi matçları stadiondan canlı izləyib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki