Ermənilər bu ərazidən çıxarıldı, ordumuz ƏLVERİŞLİ MÖVQEYƏ YİYƏLƏNDİ – VİDEO

image-goruntulerbackend
image-uzb_ads_desk

Ermənistan kütləvi informasiya vasitələrində məqsədyönlü və təxribat məqsədilə yayılan video bir neçə gün əvvəl Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngəzur istiqamətində Laçın rayonu sahəsində qeydə alınıb.

Sosial şəbəkələrdə erməni tərəfinin yaydığı video ilə bağlı etibarlı hərbi mənbələrdən “Qafqazinfo”ya bildirilib ki, sözügedən hadisədən dərhal sonra Ordumuzun bölmələrinin gördüyü adekvat və qəti tədbirlər nəticəsində düşmən həmin ərazidən çıxarılıb:

Eyni zamanda hərbi qulluqçularımız daha əlverişli ərazilərdəki bir neçə mövqedə də möhkəmlənərək ərazini nəzarətə götürüb”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki