“Heyət, məşqçilər, oyunçular – hamımız məyusuq. Çox şey planlaşdırmışdıq. Qələbə üçün konsentrasiya çatmadı. İlk qolu əks-hücumda buraxmamılıydıq. Bunlar baş verməməli idi”.
Busaat.az xəbər verir ki, bu sözləri İsveçrə “Sürix”inin baş məşqçisi Franko Foda Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”la 2:2 hesabı ilə heç-heçə etdikləri ev oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
“Bir az bəxtimiz gətirsəydi, qalib gələ bilərdik. Hesab 1:1 olarkən mübarizə apardıq. Əlavə vaxtın ilk hissəsində qol buraxmaq ayıbdır” – deyə o bildirib.
Mütəxəssis qarşıda duran vəzifələr haqda isə bunları deyib: “Əlbəttə, indi komandanı ayağa qaldırmağın vaxtıdır. Yenidən canlanmalıyıq. Həftəsonuna qədər az vaxtımız var”.
Qeyd edək ki, “Qarabağ” iki oyunun nəticəsinə (3:2, 2:2) əsasən 3-cü təsnifat mərhələsinə yüksəlib. “Sürix” isə mübarizəni Avroliqada davam etdirəcək.