Bunları etməsəniz, həyatınızı itirə bilərsiniz – İyunun 20-ə QORXULU PROQNOZ

image-648df18aa55ee202306234650backend

ABŞ Milli Okeanoqrafiya və Atmosfer Agentliyinin Kosmik Hava Proqnozları Mərkəzinin mütəxəssisləri bildirib ki, iyunun 18-dən iyunun 24-dək Yer kürəsini uzunmüddətli maqnit qasırğası əhatə edəcək, onun pik nöqtəsi iyunun 20-nə düşəcək.
Alimlər iyunun 20-nin bu dövrün ən təhlükəli günü olacağını vurğulayıblar.

Tədqiqatçıların fikrincə, maqnit qasırğası planetə dalğalar şəklində hücum edəcək. İyunun 18-dən iyunun 20-dək fırtına G5 zirvəsinə çatacaq. Təbii şəraitdə dəyişikliklərə həssas olan insanlara xüsusilə diqqətli olmaq tövsiyə olunur.

Həkimlər deyirlər ki, maqnit qasırğaları zamanı bir çox insanın buraxdığı əsas səhv qeyri-sağlam həyat tərzi sürməkdir.

Məsləhət görülür ki, maqnit qasırğaları zamanı qidada duzun miqdarını azaltmaq və təmiz havada daha çox olmaq lazımdır.

O da qeyd edilir ki, D vitamini preparatları damar sağlamlığının sabitləşməsinə kömək edir. İş və istirahət rejiminə riayət etmək, həmçinin gündə ən azı səkkiz saat yatmaq və idmanla məşğul olmaq baş ağrıları və miqrendən qorunmağa kömək edəcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki