
“Bunu törədənlər ədalət qarşısına çıxarılmalıdır”
“Bu gün Azərbaycanın Gəncə şəhərinə Ermənistan silahlı qüvvələrinin 10 nəfərin qətlə yetirilməsi və 40 nəfərin yaralanması ilə nəticələnən qəddar hücumunun ikinci ildönümüdür”.
Busaat.az xəbər verir ki, bunu XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva öz tviter hesabında etdiyi paylaşımda qeyd edib.
“Bu günə qədər Ermənistanda heç kəs bu cinayətə görə məsuliyyətə cəlb olunmayıb. Bu cinayəti törədənlər ədalət qarşısına çıxarılmalıdır”, – deyə L.Abdullayeva yazıb.
























