Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi komandasının 2022-ci ildəki hədəfləri haqda danışıb.
Busaat.az xəbər verir ki, o, İtaliyanın “Corriere Torino” nəşrinə açıqlamasında UEFA Millətlər Liqasında uğurlu çıxışın əsas vəzifə olduğunu söyləyib. “Məqsəd qrupu ilk iki pillədə başa vurmaqdır” – deyə o bildirib.
Xatırladaq ki, millimiz C Liqasının 3-cü qrupunda Slovakiya, Belarus və Qazaxıstan – Moldova cütünün qalibi ilə görüşəcək.