Özünə sözünə sadiq olan Azərbaycan cari ilin ilk 6 ayında uğurlu inkişaf tendesiyası özün göstərdi. Bu inkişaf sayəsində qarşıya qoyulan bütün vəzifələrin incrası üçün şərait yaradır. Beynəlxalq nüfuzunun artmasında Qoşulmama Hərkatındakı uğurlu nailliyyəti xüsusi olaraq vurğulamaq lazımdır. Sözünə daiç sadiq olan Azərbaycan COVİD-19 pandemiyasında 80-dən çox ölkəyə dəstək göstərmişdir ki, bu da Beynəlxalq arenada nüfuzumuzun artmasına böyük təsir göstərmişdir. İlk 6 ay ərzində Azərbaycan -Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılmasına baxmayaraq, təəssüf ki hələ real bir nəticə yoxdur.
Azərbaycan hər zaman türk dövlətləri içərisində öz fəallığını qorumuşdur.
Bununla yanaşı göstərilən böyük uğur “Zəfər qələbəsi”dən sonra Ermənistanla sülh bağlamaq üçün 5 əsas baza prinsipinə əsasən müqavilə təşkil olunub ki, bu da Ermənistan tərəfindən qəbul edilmişdir.
Müharibədən sonra bir çox şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillər verildi. Bakı şəhərində bu məsələ artıq tam həll olunacaq. Keçən il 3 min mənzil və fərdi ev verilmişdir, bu il 1500 mənzil və ev verilir. Bütövlükdə, Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib. Bununla yanaşı reabilitasiya mərkəzləri yaradılmışdır. Bu mərkəzlər müharibə əlilləri, veteranları və şəhid ailələri üçün məğulluq marafonları keçirilərək onları fəal işə cəlb etmək üçün işlər görülür.
Bu il ərzində orta əməkhaqqı 14 faiz artmışdır.
Azərbaycan hərbi sahədə göstərdiyi uğurla yanaşı iqtisadi sahədə də uğurlara imza atmış və durmadan öz inkişaf tendesiyasını artırmışdır.
Artıq bir il yarım ərzində 9 su elektrik stansiyasının inşası ya başa çatıb, ya da ki, bu ilin sonuna qədər başa çatacaq. Bu da əlavə, bizə 50 meqavat verəcək. Bu, bizə imkan verəcək ki, biz elektrik enerjisini daha böyük həcmlə ixrac edək. İndi biz ənənəvi yolla – mövcud olan yüksək gərginlik xətlərlə ixrac edirik.
Azərbaycan enerji təhlükəsizliyinə bir sıra töhfə vermişdir. Buna əsasən Avropa tərəfindən ölkəmizə yeni layihələr təqdim edilmişdir. Perspektivli yataqlardan çıxarılacaq qaz həm daxili tələbat ödəməyə, həm də ixrac üçün nəzərdə tutulub. Gəmiqayırma zavodu tam gücü ilə işləmişdir bu Xəzər dənizi üzərində yükdaşəmaların həcminin artırılmasına təsir edib.
İşğaldan azad olan ərazilərdə də planlı şəkildə infrastruktur işləri sürətli addımla davam edilir. Artıq Ağalı kəndi istifadəyə verilib. Əgər qanunvericilikdə dövlət-özəl sektor tərəfdaşlığı üçün əlavələr edilməlidirsə, bunu mütləq etməliyik. Ölkəmizin investisiya iqlimi daha da yaxşılaşdırmalıdır. Xarici və yerli investisiyalar olmadan ölkə iqtisadiyyatı inkişaf edə bilməz Kadr hazırlığı çox vacib məsələdir. Xarici aparıcı ali məktəblərdə Azərbaycan gənclərinin dövlət xətti ilə təhsil alması proqramı yenidən işə salınıb. İnvestisiya mühitinin inkişafı ilə bağlı müsbət təcrübə. Ulu Öndərin yorulmaz səyləri nəticəsində Azərbaycana milyardlarla dollar investisiya cəlb olunmuşdur. Keçmiş məcburi köçkünlər arasında ixtisaslar üzrə seçim aparılmalıdır. Məsələn, energetika, xidmət sektoru, sosial sahə, həkimlər, müəllimlər. İndi Ağdam şəhərində sürətlə məktəb tikilir. Ağdamdan olan, orada yaşamış müəllimlər və yaxud onların uşaqları, onların nəvələri. Bu yolla keçmiş məcburi köçkünləri öz doğma torpaqlarına daha da tez qaytaracaq və eyni zamanda, onları iş yerləri ilə təmin edəcəyik. Kölgə iqtisadiyyatı ilə mübarizədə yaxşı nəticələr əldə olunsa da, yenə də narahat edən məsələlər var. Azərbaycanda kölgə iqtisadiyyatı olmamalıdır. Ona görə ən qabaqcıl texnologiyalar tətbiq edilməlidir – uçot, nəzarət və kadrların yerləşdirilməsi. Əgər qurumun başında dayanan kadr öz cibinə işləyirsə, istəyirsən hansı elektron nəzarət vasitəsi olursa-olsun, onsuz da onun heç bir əhəmiyyəti olmayacaq. Ona görə burada bu amillərin vəhdəti olmalıdır.
İsmayılova Aygün YAP-ın üzvü