Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 205 $▼1.49%
  • Ethereum1 907 $▼1.05%
  • S&P 5007 562▼0.40%
18°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Casusu gəmi kapitanı: “Bilirdim ki, İran məlumatları Ermənistana ötürmək üçün istəyir” - VİDEO

image-1668408090_fotojet-2022-11-14t101923-271
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Mənə dedi ki, o nə gəmilərdir dayanıb orada, imkan olsa, şəkillərini çəkib atarsan, baxaram. Mən də çəkib göndərmişəm”.

Oxu.Az xəbər verir ki, bu sözləri İrana casusluq etdiyinə görə həbs edilmiş Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində işləyən Əsgərov Zahir Fəxrəddin oğlu deyib.

Z.Əsgərov İranın Qum şəhərində dini təhsil aldığı müddətdə maddi maraq müqabilində adıçəkilən ölkənin xüsusi xidmət orqanı nümayəndələri tərəfindən məxfi əməkdaşlığa cəlb edilib. O, ötən dövr ərzində onların tapşırığı ilə Azərbaycan Respublikasının suverenliyi və müdafiə qabiliyyətinin zərərinə istifadə etmək üçün xarici dövlətlərin ölkəmizdə fəaliyyət göstərən şirkət və nümayəndəlikləri, Xəzər dənizində Hərbi Dəniz Qüvvələrinin keçirdiyi təlimlərin yeri və vaxtı, neft platformalarına daşınan yüklər barədə məlumatlar toplayıb. Zahir Əsgərov sözügedən məlumatları mobil telefon vasitəsilə, eləcə də İranda həmin şəxslərlə görüşlər zamanı bilavasitə təqdim etməklə casusluq formasında dövlətə xəyanət edib.

O bildirib ki, dənizdə olan bütün gəmilərə gələn hərbi əməliyyatlar barədə məlumatları İran xüsusi xidmət orqanlarına çatdırıb:
“Vətən müharibəsi dövründə İran tərəfinin nümayəndələri bizim Türkiyədən aldığımız PUA-lar, hərbi obyektlərin yerini soruşurdular. O zaman mənə məlum oldu ki, İran bunu Ermənistana ötürmək üçün istəyir”.

Ətraflı videoda:

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=90608