Londonun “Çelsi” klubu 2023/2024 mövsümü üçün üçüncü formanı təqdim edib.
Busaat.az xəbər verir ki, üçüncü və ya ehtiyat londonlular dəsti Eton mavisi adlanan rəngdə hazırlanıb.
“Çelsi” və klubun texniki sponsoru “Nike” formanı hazırlayarkən, komandanın 1905-1907-ci illər arasında oynadığı londonluların ilk formasından ilham alıblar.
Qeyd edək ki, sentyabrın 17-də “Çelsi” “Bornmut”a qarşı oynayacaq. Bu günə olan məlumata görə, Maurisio Poçettino komandası adına dörd xalla İngiltərə çempionatının turnir cədvəlində 12-ci yerdədir. Yeni mövsümün ilk dörd oyununda “Çelsi” yalnız bir qələbə qazanıb – avqustun sonunda “Luton” üzərində (3:0).